Avtoreyd.Az Avtoxəbər Təhlükəsiz ara məsafəsi

Təhlükəsiz ara məsafəsi


Son bir neçə il ara məsafəsinin  saniyələrlə  ölçülməsi qəbul edilib. Çoxları üçün bu anlaşılmazdır. Ara məsafəsinin metrlə, avtomobilin korpusu ilə  və s. parametrlərə görə müəyyən edilməsi hər kəsə aydındır amma saniyələrlə ölçmə bir qədər anlaşılmazdır. Əslində hər şey çox  sadədir: irəlidə gedən avtomobilin  arxa buferini hər hansı oriyentir kimi (sütun, yolun hərəkət hissəsinin  kənarı  və s.)  götürərək  hesablamağa  başlayırıq: 121, 122, 123 …. Avtomobilimizin qabaq buferi oriyentirə çatan kimi hesablamanı dayandırırıq.Hərəkətin sürəti distansiyanın saniyələrlə  ölçülməsindən asılıdır.

Ara məsafəsi nə zaman  təhlükəsiz hesab olunur?  Bizdə,  2 saniyə, üstə gəl hər təhlükəli amilə görə (günün vaxtı, yoldakı vəziyyət, sürücünün durumu və s.) bir saniyə qəbul edilib. Mən, təhlükəsiz ara məsafəsi üçün vaxtın 2 saniyə müəyyən edilməsi ilə razı deyiləm.

 

Yaxşı, əgər irəlidə gedən avtomobilin tormoz yolu bizim yolla müqayisədə çox  azdırsa və ya bizim avtomobilin təkərlərinin yer örtüyü ilə təmas əmsalı aşağıdırsa? Onda, mütləq yol-nəqliyyat hadisəsi qaçılmazdır. Beləliklə, 2 saniyə baxımından distansiya təhlükəsiz  hesab edilə  bilməz. Ən yaxşı orientir üçün 3 saniyə, üstə gəl hər əlverişsiz amilə görə də bir saniyə götürməyiniz tövsiyə olunur.

 

Related Post

Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı – “Çayka”nın qiyməti 85 min manatdır (Video)Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı – “Çayka”nın qiyməti 85 min manatdır (Video)

Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş antikvar avtomobil satılır. Sovet dövrünün ən uzun müddətli xarici işlər naziri olmuş Andrey Qromikonun avtomobili sonradan onun xələfi Eduard Şevardnadzeyə keçir. İllər