Avtoreyd.Az Maraqlı Türkiyədə Van gölünün dibində bizim eradan əvvəl tikilən qəsr tapılıb (Video)

Türkiyədə Van gölünün dibində bizim eradan əvvəl tikilən qəsr tapılıb (Video)


Avtoreyd.az bildirir ki, Yaxın Şərqdə böyüklüyünə görə ikinci göl olan Vanın dibində on illik axtarışlardan sonra arxeoloqlar böyük qəsrin xarabalıqlarını aşkar ediblər.

“Van əyalətinin 100 illiyi” universitetinin alimlərinin hesablamalarına görə, tikilinin üç mindən artıq yaşı var.

Qəsr bizim eradan əvvəl təxminən IX-VI əsrlərdə Urartu çarlığı dövründə tikilib. XIX əsrin ortalarına qədər xarabalıqların arasında qəsəbələr olub, amma sonradan insanlar Van gölündə suyun səviyyəsinin qalxması səbəbindən bu yerləri tərk ediblər.

Alimlər qəsrin üzərində yalnız indi araşdırma işlərinə başlayıblar. Və hələ ki, onun nə dəqiq ölçüsü, nə də ki, divarları daxilində nələrin olması haqda heç nə deyə bilmirlər. Yalnız o məlumdur ki, qəsrin divarlarının hündürlüyü üç metrdən çoxdur və Van gölünün qələvi suları tikilinin məhv olmaqdan xilas edib.

Related Post

Əlində balta radiostansiyadan efirdə balta haqqında mahnı səsləndirməyi  tələb etdi (Video)Əlində balta radiostansiyadan efirdə balta haqqında mahnı səsləndirməyi  tələb etdi (Video)

Avtoreyd.az bildirir ki, ABŞ-da 38 yaşlı naməlum musiqi həvəskarı radiostansiyalardan birinin binasına baltayla gələrək, əməkdaşlardan Insane Clown Posse qrupunun “Mənim baltam” mahnısını efirdə səsləndirmələrini tələb edib. Hadisə Massaçusets ştatında, Medford şəhərində