Avtoreyd.Az Avtoxəbər Robotlar Ferrari-ni belə yığırlar (Video)

Robotlar Ferrari-ni belə yığırlar (Video)


Avtoreyd.az bildirir ki, sosial şəbəkədə Ferrari avtomobillərinin istehsalı üzrə müasir zavodda çəkilən video yayılıb. Bir çox başqa istehsal sahələrində olduğu kimi, burada da insan əməyindən maksimal dərəcədə az istifadə etməyə çalışırlar. Mühərrik, rənglənmə, elektrik şəbəkəsi — bütün bunlarla robomanipulyatorlar məşğul olur. Hansılar ki, dəqiqlik və cəldliyə görə hər il daha da təkmilləşdirilir.

Ferrari-nin hər bir maşınının yığılması mühərrikdən başlanır və avtomobil mexaniki bölməyə keçdikdən sonra, faktiki olaraq tamamilə robotların ixtiyarına verilir. Maranello-da yerləşən zavodda quraşdırma konveyeri faktiki olaraq səkkiz ədəd muxtar şəkildə çalışan mexanizmdir. Hansılar ki, zavodun döşəməsi üzərindəki maqnit xətlər üzrə hərəkət edirlər. Avtomatlaşdırma prosesi getdikcə yalnız güclənəcək. Çünki harada ki, dəqiqlik və təkraçılığa ehtiyac var, orada robotdan daha yaxşısı yoxdur.

Related Post

Möhtəşəm “Mitsubishi Expander” ciddi tələbatla SATIŞ REKORDLARINI QIRIR – FOTO/VİDEOMöhtəşəm “Mitsubishi Expander” ciddi tələbatla SATIŞ REKORDLARINI QIRIR – FOTO/VİDEO

“Mitsubishi” şirkəti miniven “Xpander” istehsal edən öz yeni İndoneziya zavodunda ikinövbəli iş rejiminə keçib. Avtoreyd.Az Publika.az-a istinadən bildirir ki, belə qərarın qəbul edilməsinə modelə olan yüksək tələbat təkan verib. Miniven “Mitsubishi