Avtoreyd.Az Gündəm Cərimələnən “Təcili yardım”ın işinə baxıldı – Cərimə ləğv olunacaq – VİDEO

Cərimələnən “Təcili yardım”ın işinə baxıldı – Cərimə ləğv olunacaq – VİDEO


Xəstəni həkimə çatdırmaq üçün Təcili yardım maşınını sürətlə idarə etdiyi üçün cərimə olunan sürücü haqqında rayon polis şöbəsinin yol polisi bölməsinə izahat verilib.

Rayon yol polisi bölməsindən bildirilib ki, sürücüsü Rüfət Hüseynov başına gələnlər haqqında ətraflı məlumat verib. Rayon yol polisi bölməsinin rəisi Namiq Qəmbərovun “Xəzər Xəbər”ə açıqlamasına görə müəyyən olunub ki, Təcili yardım maşını ilə xəstə aparılarkən tələblər yerinə yetirilib və avtomobilin sayrışan işıqları yandırılıb. Buna görə də tətbiq olunan cərimə ləğv ediləcək.

Qeyd edək ki, sürət həddini aşdığına görə Ağdaş rayon təcili tibbi yardım stansiyasının sürücüsü Rüfət Hüseynov 310 manatlıq cərimə protokolu göndərilmişdi.

Related Post