Avtoreyd.az bildirir ki, “Kalaşnikov” konserni tərəfindən istehsal edilən “İj” motosikleti, “Formula-1″in Soçi hissəsindəki yolunda sınaqdan keçirilib.
510 kilo çəkiyə malik “İj” motosikletinin maksimal sürəti saatda 250 km-dir, mühərrikinin gücü 150 at gücünə bərabərdir. 3,5 saniyə ərzində isə saatda 100 km-ə qədər sürət artıra bilir. “İj”- dövlətin birinci şəxsləri üçün avtomobil və motosiklet istehsal edən “Kortej” layihəsinin bir hissəsidir.
Xatırladaq ki, bundan öncə motosiklet Rusiyanın prezidenti Vladimir Putinə nümayiş edilib.