Avtoreyd.az bildirir ki, Türkmənistanın Daxili İşlər Nazirliyi yeni “yarış avtomobilləri” alıb. Nəqliyyat vasitələrini isə sınaqdan ölkə prezidenti Qurbanqulu Berdıməhəmmədov keçirib.

Bəzi türkmən KİV-lərində dövlət başçısının hər cür avtomobil yarışlarlarında dəfələrlə iştirak edərək, peşəkar pilotlara qalib gəldiyi qeyd olunub. Elə bu səbəbdən də ola bilsin ki, Avtomobil İdman Mərkəzinə baş çəkən prezident Qurbanqulu Berdıməhəmmədov BMW-ni şəxsən idarə etməklə yeni avtomobillərlə bağlı ustad dərsləri vermiş olub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.