Flour ground from dried crickets and crickets in jars, for the first mass-delivered bread made of insects, are seen at the Finnish food company Fazer bakery in Helsinki, Finland November 23, 2017. REUTERS/Attila Cser

Avtoreyd.az bildirir ki, bu yaxınlarda qidanın hazırlanmasında həşəratlardan istifadəyə qoyulan qadağa ləğv edildikdən sonra, Finlandiyada sisəklərdən bişirilən çörəyin istehsal və satışına başlanılıb.

Fin çörəkxanalarından biri qeyri-adi bişintinin hazırlanma texnologiyasını nümayiş edib: əvvəlcə qurudulmuş həşəratları üyüdürlər, sonra un və dənlə qarışdırırlar. Bu qarışıqdan da çörək bişirirlər.

Qeyd edək ki, belə məmulatlardan bişirilən bir çörəkdə təxminən 70-ə qədər sisək olur.

Həşəratlardan ərsəyə gələn çörək, adi çörəkdən fərqli olaraq daha bahalıdır.

Qeyri-adi qastronomik yeniliyin dadına ilk olaraq yerli qurmanlar baxıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.