AvtoReyd.Az-ın məlumatına görə, bir neçə gündən sonra Los-Andjeles avtosalonu çərçivəsində alman istehsalçısı yenilənmiş modeli təqdim edəcək.
Mercedes-Benz şirkəti öz yeniliyinin növbəti tizer-ini dərc etdi, bu dəfə video formatında. Çarx avtomobilin eksteryerini hissələrələ göstərir . Qeyd etmək olar ki, kuzovun dizaynı yumşaq formalardan və hamar əyriliklərdən ibarətdir.
Əvvəlki tizere-də interyerin hissəsi təsvir edilmişdi, daha dəqiq isə qabaq panelin görünüşü. Fotodan anlamaq olar ki, yeni CLS “pribor” hissəni və informasiya-əyləncə sisteminin ekranını birləşdirən geniş rəqəmli paneli təqdim edəcək,məs onun altında ventilyasiya sisteminin zərif deflektorları yerləşdirilib.