Avtoreyd.Az Avtoxəbər NASA titan ərintisindən əbədi şinlər hazırlayıb (Video)

NASA titan ərintisindən əbədi şinlər hazırlayıb (Video)


Avtoreyd.az bildirir ki, NASA alimləri superelastik şin hazırlayıblar.

Şinləri deşmək mümkün deyil, onlar ən böyük çəkiyə belə davamlıdır.

Zireh kimi şinlər, həmçinin nitinol kimi tanınan, titan ərintisindən hörülüb.

Onlardan Marsda gəzən aparatlarda istifadə ediləcək. Ancaq layihə üzərində çalışan komanda əmindir ki, bu yenilik ənənəvi pnevmatik şinləri də əvəz edə bilər.

Xatırladaq ki, nitinol 10 faizlik deformasiyadan sonra tamamilə bərpa oluna bilir.

Belə şinlər minimal qulluq tələb edir, amma illərlə xidmət göstərə bilər.

Qeyd edək ki, mütəxəssislər yeni şinləri artıq adi maşınlarda da sınaqdan keçirirlər. Aydındır ki, titan ərintisindən hazırlanan şin adi rezin təkərdən bir qədər baha başa gələcək. Digər tərəfdən isə ondan daha uzun müddət istifadə etmək olacaq.

Related Post

Quran qiraəti üzrə yarışmadan qazandığı pula 400 min dollara “1111” rəqəmli avtomobil nömrəsini aldıQuran qiraəti üzrə yarışmadan qazandığı pula 400 min dollara “1111” rəqəmli avtomobil nömrəsini aldı

Avtoreyd.az BBC News-a istinadən bildirir ki, Əbu-Dabidən olan yeniyetmə Birləşmiş Ərəb Əmirliklərində baş tutan hərracda 400 min dollara avtomobil nömrəsi alıb. Əbu-Dabidə yerli polisin təşkil etdiyi hərracda “1111” nömrəsini 12

“Böyük Şor” yol qovşağından – “20 Yanvar” dairəsinədək olan istiqamət də rənglənəcək“Böyük Şor” yol qovşağından – “20 Yanvar” dairəsinədək olan istiqamət də rənglənəcək

Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Anoloji işlər bu gün axşam saatlarından 22:00 –