Avtoreyd.az bildirir ki, Britaniya polisi elektron açar olmadan cinayətkarların avtomobili oğurlamaları ilə bağlı videomaterial dərc edib.
Bunun üçün onlara rele qutusunun köməyi ilə evdə olan avtomobil açarından gələn siqnalı tutmaq və maşına ötürmək lazım olub. Avtomobildəki elektronika bu dəyişikliyi qeydə almadığından, cinayətkarlara maşının qapısını açmağa imkan verib.
Belə oğurluqlara qarşı Britaniya polisi sükanı bloklayan qıfıldan istifadə etməyi məsləhət görür.