“Yandeks” şirkəti, hibrid kompaktven Toyota Prius+ əsasında yığılan, ilk pilotsuz avtomobilini qış şəraitində sınaqdan keçirib.
Avtoreyd.az bildirir ki, iki pilotsuz avtomobil artıq qar düşən Moskva ətrafı yolda sınaqdan keçirilib. Şirkətdən bildiriblər ki, qarla örtülmüş, yol nişanları və yolun sərhəddi bilinməyən, həmçinin buzla örtülmüş asfaltda sistemin işi prosesinin yoxlanılması, qış fəslində pilotsuz avtomobillərin etibarlı və təhlükəsiz istismarı üçün çox əhəmiyyətlidir.