Avtoreyd.Az Maraqlı Ərəblər “ağıllı” superyaxta hazırlayıblar (Video)

Ərəblər “ağıllı” superyaxta hazırlayıblar (Video)


Avtoreyd.az  bildirir ki,Birləşmiş Ərəb Əmirliklərinin Gulf Craft tərsanəsi, sifarişçiyə 41 metr uzunluğunda olan Lulwa (Majesty 135 seriyası) yaxtasını təhvil verib. Yaxta, 14 qonağın yerləşdirilməsinə hesablanmış mərmərlə işlənən altı kayutdan ibarətdir. Qüvvət qurğusu 2600 at gücünə bərabər iki dizel mühərriki ilə hərəkətə gələn yaxtanın maksimal sürət saatda təxminən 30 kilometrdir.

Gəmini fərqləndirən əsas xüsusiyyət, “ağıllı ev” texnologiyalarından istifadə imkanlarıdır. Bu, smartfonun köməyi ilə bəzi funksiyaları idarə etmə imkanı deməkdir: audiovizual əyləncə sistemi, işıqlandırma və kambuz (gəmi mətbəxi) avadanlığı.

Sifarişçinin adı və layihənin qiyməti açıqlanmır.

Qeyd edək ki, əsası 1982-ci ildə qoyulan Gulf Craft yaxta tərsanəsi BƏƏ-də, Əcmanda yerləşir.

Related Post