Avtoreyd.Az Maraqlı Dağdan tullandılar və düz, uçan təyyarəyə düşdülər (Video)

Dağdan tullandılar və düz, uçan təyyarəyə düşdülər (Video)


Avtoreyd.az bildirir ki, Soul Flyers komandasından olan fransız ekstremalları Fred Fyuqen və Vins Reffet İsveçrədəki Yunqrfrau dağından, xüsusi qanadlı kostyumda səmadan yerə tullanıblar.

4000 metr hündürlükdən tullandıqdan sonra, planlaşdırılan uçuşu həyata keçirərkən, onlar havada hərəkət edən yüngül motorlu təyyarənin açıq qapısından içəri daxil olmağı bacarıblar.

Fransız ekstremalları saatda təxminən 140 km sürətlə hərəkət edən təyyarənin salonuna daxil olublar. Təyyarənin qapısı çalışmaqda olan pərdən cəmi bir neçə metr aralıda olub.

Fred Fuqen və Vins Reffet,  hava axınında uçuşu planlaşdırmağa imkan verən xüsusi kostyumlarda səmada uçan peşəkar idmançılardır.

İdmançıların sözlərinə görə, fəndi yerinə yetirməzdən əvvəl, onlar İspaniyada yüz belə məşq uçuşu həyata keçiriblər. Bu dəfə isə fəndi reallaşdırmağa onlara  80 saniyə lazım olub.

Related Post