Avtoreyd.az bildirir ki, hadisə Braziliyadakı zoomağazalardan birində baş verib.
Mağazanın əməkdaşları qəfəsdəki quşun qanadlarını bir az məşq etdirməsi üçün onu buraxmağa qərar veriblər. Bu zaman müştəri aldığı heyvan yeminin pulunu ödəmək üçün kassaya yaxınlaşıb. O, tərəziyə sikkələrlə bir yerdə bir neçə kağız pul da qoyub. Bir qədər sonra kassaya quş qonub və pulun yanında enib. Alıcı onu sığallamağa çalışsa da, quş buna imkan verməyib.
Artıq bir dəqiqə sonra lələkli oğru kağız pulu dimdiyinə alaraq, aradan çıxıb. Baş verənlər satıcıların gülüşünə səbəb olub.