Avtoreyd.Az Gündəm Cərrahlar xəstənin mədəsindən 3 il əvvəl unudulmuş dəsmalı çıxardıblar (Video)

Cərrahlar xəstənin mədəsindən 3 il əvvəl unudulmuş dəsmalı çıxardıblar (Video)


Avtoreyd.az bildirir ki, Türkiyədə, Trabzonda cərrahlar 35 yaşlı qadının mədəsindən üç il əvvəl həkimlər tərəfindən unudulmuş dəsmal çıxardıblar. Tomoqrafiyanın köməyi ilə qarnındakı güclü ağrılardan şikayət edən pasiyentin mədəsində yad cism aşkar olunub.

Cərrah Ayxan Çağılçı bildirib ki, qadın təxminən üç il öncə Avropada əməliyyat olunub. Lakin son zamanlar şiddətli qarın ağrısı və mədə bulantısı səbəbindən onlara müraciət edib.

Üç saat çəkən əməliyyatdan sonra iki həkimin və üç tibb bacısının gördükləri, onları şoka salıb. Belə ki, 35 yaşlı pasiyentin mədəsindən həkimlər “dəsmalı və başqa predmetlər” çıxardıblar.

“Mədəni sadəcə əməliyyat “bitdi” deyib tikmək olmaz. Belə məsələlərdə çox diqqətli və səliqəli olmaq lazımdır”, – Ayxan Çağılçı belə deyib.

http://www.youtube.com/watch?v=w-0EvBIn1zY

Related Post