“Azəravtoyol” ASC-dən AvtoReyd.Az a verilən məlumata görə,yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq 30 noyabr tarixindən 1 dekabr tarixinə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.

Sürücülərdən aparılan işlərə analayışla yanaşmaları və bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.