Avtoreyd.az bildirir ki, Çinin GuoRong şirkəti pilotsuz kiçik uçuş aparatlarının məhv edilməsi üçün nəzərdə tutulan eyni adlı sistem təqdim edib.
GuoRong kompleksinə radiolokator, radio maneələrin generasiya sistemi, elekto-optik modul və lazer qurğu daxildir.
Radiolokasiya sisteminin əhatə dairəsi 55 kilometr təşkil edir, lazer qurğusunun məsafədən təsir gücü isə təxminən 600 metrdir. Aparatdan əsasən hava limanlarında istifadə etmək planlaşdırılır.
http://www.youtube.com/watch?time_continue=53&v=6bPcrmxt00A
