Avtoreyd.Az Gündəm Tokio metropolitenində bir neçə dildə işləyən avtomat aparatlar istifadəyə verilib

Tokio metropolitenində bir neçə dildə işləyən avtomat aparatlar istifadəyə verilib


 

AZƏRTAC xəbər verir ki,Tokio metropoliteninin paytaxt hakimiyyətinin tabeliyində olan 30-dan çox stansiyasında biletlərin satışı üçün çoxdilli avtomat aparatlar istifadəyə verilib. Bu addım əcnəbi turistlərin sayının kəskin artması ilə əlaqədardır.

Yüksəkhəlli 32 düymlük ekrana malik olan aparatlar yapon dilindən əlavə ingilis, Çin, koreya, fransız, ispan və tay dilləri ilə təmin olunub.

Yeni avtomatlar gediş haqqını göstərməklə yanaşı, getmək istədiyiniz stansiyayadək yolu, onun nömrəsini və həmin ərazidə yerləşən maraqlı yerlər barədə məlumatı özündə əks etdirir.

Hazırda həmin avtomatlardan Asakusa, Ropponqi stansiyaları ilə yanaşı, Tokio metropoliteninin daha 29 stansiyasında istifadə etmək olar.

Related Post

Bu avtobusa nə minmək olur, nə də düşmək… – Problem nə vaxt həllini tapacaq?Bu avtobusa nə minmək olur, nə də düşmək… – Problem nə vaxt həllini tapacaq?

Bu marşruta nə minmək olur, nə də ki düşmək. AvtoReyd.Az Metbuat.az-a istinadən bildirir ki, söhbət 569 nömrəli marşrut xəttindən gedir. Bakı Beynəlxalq Avtovağzalından Masazır qəsəbəsi istiqamətində fəaliyyət göstərən bu avtobusa günün istənilən vaxtında “iynə