Avtoreyd.Az Dörd çarx Avtomobillər kütləvi şəkildə elan saytlarından çıxarılır – BAHALAŞACAQ

Avtomobillər kütləvi şəkildə elan saytlarından çıxarılır – BAHALAŞACAQ


Azərbaycanda elan vasitəsilə satışa çıxarılan avtomobillər kütləvi şəkildə saytlardan çıxarılır. Bunu Fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert, alsat.az elan saytının rəhbəri Vaqif Hüseynov deyib.

O bildirib ki, əvvəl avtomobilini elan saytları vasitəsilə satışa çıxaranlar müraciət edib elanları saytlardan çıxarırlar. Son bir ayda yerləşdirilən avtomobil elanlarının 30-40%-i artıq silinib. Məsələn, bir ay əvvəl avtomobili 8 min manata satışa çıxarıb. Amma bu gün həmin maşını 8 min manata satmaq ona sərfəli deyil. Çünki bir ay sonra həmin avtomobil 9 min manata kimi bahalaşacaq. Bunu nəzərə alan avtomobil sahibi bir qədər də gözləyib avtomobili daha baha satmaq istəyir.

O bildirib ki, elanla kütləvi satışı dayandırılan avtomobillər qiyməti 8-12 min manat olan E və C seriyasına aid köhnə “Mercedes” modelləri, “Opel Vectra”, “Opel Astra”, “Kia Rio”, “Hyundai Accent” avtomobilləridir. Ona görə də bahalaşma daha çox bu avtomobillərdə olacaq:

“Bazarın ürəyi qiyməti 10 min manat civarında olan avtomobillərdə döyünür. Söhbət burada taksi fəaliyyəti üçün əlverişli olan avtomobillərdən gedir. Bundan baha avtomobillər bazar üçün prioritet deyil. Məsələn, 16-18 min manatlıq “Hyundai Sonata”, 20 min manatlıq “Kia Sportage” taksi olacaq avtomobil deyil”.

V. Hüseynov deyib ki, qiyməti 10 min manat civarında olan avtomobillər 10-15%-ə qədər, yəni 1000-1500 manat bahalaşacaq. Qiyməti bundan yuxarı olan avtomobillərdə isə istisna hallarda 3-5% artım ola bilər ki, bu da yüksək artım hesab edilmir.

Related Post

Magistral yolda təhlükəli an: Yük avtomobili daşıdığı qumu yola tökür – VİDEOMagistral yolda təhlükəli an: Yük avtomobili daşıdığı qumu yola tökür – VİDEO

İndi sizə təqdim edəcəyimiz görüntüdə qum daşıyan ağır tonnajlı yük avtomobilinin sürücüsü daşıdığı yükün yolda dağılmasına əhəmiyyət verməyərək, hərəkətə davam edir. Sosial şəbəkələrdə yayılan bu görüntü polis tərəfindən nəzarətə götürülüb