Avtoreyd.Az Dörd çarx Bakıda 19 marşrutda gedişhaqqı kartla ödənilir – VİDEO

Bakıda 19 marşrutda gedişhaqqı kartla ödənilir – VİDEO


Paytaxtdasərnişindaşıma ilə məşğul olan 478 avtobusda vahid kart sistemindən istifadə edilir. Avtobuslar yeniləndikcə vahid kart sistemidaha geniş tətbiq olunur. Bakı nəqliyyat agentliyidigərdaşıyıcı şirkətlərə dəvahid karta keçməkləbağlı göstəriş verib.Gələn aydanbir sıraxətt avtobusları da vahid kartdan istifadə etməyə başlayacaqlar.

Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarının cəmi 30 faizi, başqa sözlə, 19 marşrut xəttində ödənişlər vahid kartla həyata keçirilir. Həmin marşrutlardan 18-i müntəzəm marşrutdur. 1 marşrut xətti isə Bakı Hava Limanı üzrə hərəkət edən Express marşrutdur.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, digər marşrutların da kart sisteminə keçirilməsi üçün danışıqlar davam etdirilir.

Çəkiliş zamanı məlum oldu ki, artıq bir neçə marşurut xəttində də kart sisteminə keçidlə bağlı hazırlıqlar gedir.

Avtobusların vahid kart sisteminə keçidini ən çox istəyənlər elə sürücülərdir. Əksər sürücülər deyirlər ki, vahid kart sistemi olmadığından daim sərnişinlərlə problemlər yaşayırlar.

Bakı Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, marşrut avtobuslarının vahid kart sisteminə keçidi ilə bağlı konkret vaxt qoyulmayıb. Sadəcə olaraq avtobuslar yeniləndikcə bu sistemə keçid təmin ediləcək.

Related Post

Ağcabədidə 18 km uzunluğu olan yolun yenidən qurulması davam etdirilir (Video+Foto)Ağcabədidə 18 km uzunluğu olan yolun yenidən qurulması davam etdirilir (Video+Foto)

Prezident İlham Əliyev rəhbərliyi ilə icra olunanregionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarnda sosial-infrastruktur layihələr arasındayol infrastrukturunun yenidən qurulması önəmli yer tutur. Bu çərçivədə respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib