Avtoreyd.az bildirir ki, ABŞ-dan olan dəb haqqında yazan jurnalist Anna O’Brayen bu yaxınlarda özünü plus-zise modeli rolunda sınayıb. Xanım O’Brayen dəbdə olan markanın idman geyimi reklamında çəkilib. Fotosessiya üçün o, müxtəlif geyimlərdə şəkil çəkdirib.
150 kiloqram çəkiyə malik Anna O’Brayen deyir ki, ölçülərinə uyğun idman geyimi seçmək çox çətindir. Lakin idman markasının siması seçildikdən sonra o, bu problemi həll etməkdə digər qadınlara da kömək etdiyinə çox sevinir.