Avtoreyd.az bildirir ki, orijinal mafə “Jaguar” 1971-ci ildə “Harold və Mod” adlı qara komediya üçün hazırlansa da, filmin final səhnəsində incəsənət naminə dağdan atılaraq, məhv edilib.
Görünür, filmdəki avtomobil kolleksiyaçı Ken Robertsin ürəyincə olub və o, yenidən həmin maşını ərsəyə gətirmək qərarı verib. “Jaguar E-Type” ın təkrar yığılması prosesində, bir neçə yapon avtomobilinin detallarından istifadə olunub, lakin orijinal V12 saxlanılıb.
Nəticədə, deyəsən əsl centlmenlər üçün dünyada ən zərif mafə alınıb. Hərçənd ki, fotoya əsasən, avtomobilin yük yeri gödəktəhərdir və tabut sürücünün yanında yerləşdirilməli olacaq.