Avtoreyd.Az Dörd çarx Taksilər yalnız xüsusi duracaqlardan istifadə edə biləcək

Taksilər yalnız xüsusi duracaqlardan istifadə edə biləcək


Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” qanunun 20-ci (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) maddəsinə dəyişiklik edilir.

Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Related Post

Sürücülərin nəzərinə: Bu yollarda müvəqqəti yol nişanlarına diqqət edin.Sürücülərin nəzərinə: Bu yollarda müvəqqəti yol nişanlarına diqqət edin.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az -a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-70-ci km-lik hissəsində, həmçinin  Dövlət Bayraq Meydanından Lökbatan dairəsinədək olan ərazidə bu