Avtoreyd.az bildirir ki, məşhur italyalı kəndirbaz Andrea Loreni Roma sakinlərini və şəhərin qonaqlarını yeni fəndiylə sevindirib. O, 20 metrlik hündürlükdə çəkilən polad buraz üstündə Tibr çayı üzərindən keçən ilk şəxs olub.
Loreninin sözlərinə görə, yağış və güclü küləkdə maneəni keçmək, onun gözlədiyindən də çətin olub.
Andrea Loreni uçurum üzərindən ən uzun “gəzintilər” üzrə İtaliya rekordçusudur. Bu dəfə kəndirbaz 135 metrlik yolun öhdəsindən gəlib.
Kəndirbazın çıxış Roma və Latsioda keçirilən BiennaleMArteLive 2017 mədəniyyət həftəsi çərçivəsində baş tutub. Tədbirlə əlaqədar olaraq adıçəkilən şəhərlərə minlərlə rəssam və artist axışıb.
