Avtoreyd.az bildirir ki, amerikalı ilan ovçusu Ceyson Leon rekord həddə uzunluğunda olan tünd pələng pitonunun dişisini öldürüb.

Sürünənin uzunluğu 5,2 metr, çəkisi isə təxminən 60 kiloqram olub. Adətən bu növ ilanlar 3,7 metrə qədər böyüyür, amma elələri də var ki, 5,74 metrə qədər uzunluğunda olur.

Ştat rəhbərliyi öldürülən pitonu üçün Leona 375 dollar ödəyib.

Qeyd edək ki, tünd pələng pitonları təxminən 30 il əvvəl cənub-şərqi Asiyadan təsadüfən Floridaya düşdükdən sonra, yerli faunanı məhv etməyə başlayıblar.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.