Avtoreyd.Az Dörd çarx Azərbaycanda ilk dəfə bələdiyyə taksi şirkəti yaradıb

Azərbaycanda ilk dəfə bələdiyyə taksi şirkəti yaradıb


Vergilər Nazirliyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi,7, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Zahid Zəkulla oğlu İsmayılovdur.

Bələdiyyənin sədr müavini Könül Nəsirova “Report”a bildirib ki, şirkətin yaradılmasında məqsəd yerli özünüidarəetmə orqanının büdcə gəlirlərini artırmaqdır: “Bələdiyyənin büdcə gəlirlərini artırmaq üçün belə bir təşəbbüslə çıxış etmişik. Məqsəd həm də Bakıxanov qəsəbəsinin sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verməkdir. Yəni, bu taksi şirkətində qəsəbə sakinləri işlə təmin olunacaqlar”.

Related Post

Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulubAğstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub

Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması yekunlaşıb. 4-cü texniki dərəcəyə

Hacıqabul-Bəhrəmtəpə yolunda reyd keçirilib, 25 sürücü cərimələnibHacıqabul-Bəhrəmtəpə yolunda reyd keçirilib, 25 sürücü cərimələnib

Magistral yollarda avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə BDYPİ-nin 13-cü alayı tərəfindən Hacıqabul-Horadiz magistralının 9-cu kilometrliyində reyd təşkil edilib. AvtoReyd.Az APA-nın məlumatına görə,bildirir ki, yol hərəkəti qaydalarını pozan, avtomobilin konstruksiyasına