Avtoreyd.Az Dörd çarx Binəqədi rayonu Şövkət Məmmədova küçəsi təmir olunub (Video+Foto)

Binəqədi rayonu Şövkət Məmmədova küçəsi təmir olunub (Video+Foto)


Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çəçrçivəsində Binəqədi rayonu Şövkət Məmmədova küçəsi təmir olunub.

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə,təmir işləri yüksək keyfiyyətlə və texnoloji  aradıcıllığa riayət olunmaqla aparılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunmuşdu.

Uzunluğu 820 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 14 metr təşkil edir.

Sözügedən küçədə yolun köhnə asflat-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə 12 sm qalınlığında olmaqla yolun 12 min m2 ərazisinə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri də görülüb. Təmir işləri çərçivəsində küçə boyu 1150 p/metr yeni səki daşları düzülüb.

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlıqları qoyulub, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.

Təmir-tikinti işləri “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.  

Related Post

Bakı-Şamaxı yolunun daha bir hissəsinin genişləndirilməsinə start verilib (Vide+Foto)Bakı-Şamaxı yolunun daha bir hissəsinin genişləndirilməsinə start verilib (Vide+Foto)

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib. Layihə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların

Sürücülərin nəzərinə:Bu yollarda rənglənmə işləri aparılırSürücülərin nəzərinə:Bu yollarda rənglənmə işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 50-60 –cı km hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-120 kilometrlik