Avtoreyd.Az Maraqlı Həbsxana deyil, əsl kurortdur. Dəbdəbəli idman zalları, xüsusi dizaynlı kameralar və daha nələr (Video+Foto)

Həbsxana deyil, əsl kurortdur. Dəbdəbəli idman zalları, xüsusi dizaynlı kameralar və daha nələr (Video+Foto)


Avtoreyd.az bildirir ki,Danimarkada, Falster adasında 160 milyon dollara xüsusi dizaynlı kameraları, mağazaları, idman zalları və ziyarətçilər üçün mənzilləri olan yeni həbsxana tikilib. Altı metrlik hasarla əhatə olunan həbsxana 13 hektarlıq sahədə yerləşir. Məhbuslar üçün kameralarda yumşaq çarpayı, şəxsi soyuducu və televizor var. Döşəmədən tavana qədər olan pəncərələr içərini gün işığıyla doldurur, amma bununla belə “məxfiliyin lazımlı səviyyədə” qorunmasını da təmin edir. Həbsxananın ərazisində bir çox məşğuliyyət üçün şərait yaradılıb: təhsildən başlayaraq, incəsənətin müxtəlif növlərinə və dini mərasimlərin keçirilməsinədək. Məhbuslar üçün belə dəbdəbə vətəndaşların etirazına səbəb olub və ölkəni tənqid dalğası bürüyüb. Qanuna tabe vətəndaşlar qeyd ediblər ki, həbsxana –kurort deyil, və ora düşən şəxs unutmamalıdır ki, cəza çəkir. Eyni zamanda, hakimiyyət inandırır ki, Storstrem həbsxanası, məhkumlara həbsxana həyatına uyğunlaşmağa və onlarda normal həyata qayıtmaq arzusunu oyatmağa kömək etməyə hesablanmış strateji layihə kimi təqdim edilib.

Related Post