Avtoreyd.Az Maraqlı 42 gün və 16 saat ərzində təkbaşına dünya rekordu vurub (Video)

42 gün və 16 saat ərzində təkbaşına dünya rekordu vurub (Video)


Fransalı yaxtaçı Fransua Qabar təkbaşına 42 gün və 16 saat ərzində dövr-aləm səyahəti etməklə dünya rekordu vurub.

Avtoreyd.az bildirir ki, Qabar altı gün fərqi ilə, 2016-cı ilin dekabrında digər fransız Tom Kovilin 49 gün və 3 saat ərzində vurduğu rekordu təzələyib.

Qabarın səyahətini peyk vasitəsi ilə izləyən təşkilatçılar bildiriblər ki, “Masif” trimaranında hərəkət edən 34 yaşlı fransız, bazar günü Bretanın sahillərində yerləşən Uessan adasındakı finiş xəttinə çatıb.

Azarkeşlər Qabarı noyabrın 4-də yola düşdüyü qonşu Brestdə gözləyirmişlər.

 

Related Post