Avtoreyd.Az Gündəm Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı (Video+Foto)

Yol polisi peşəkar velosipedçiləri saxlayıb cərimə meydançasına apardı (Video+Foto)


Bakıda Dövlət Yol Polisinin əməkdaşları peşəkar velosipedçiləri saxlayaraq onları cərimə meydançasına aparıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məlumat yayıb.

O bildirib ki, velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin “Synergy Baku” kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onları müşaiyət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb.

“Məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşaiyət edir.

Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər.

Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir ki baş verir. Bilmirsən güləsən, yoxsa ağlayasan?”, – deyə Pərviz Musayev qeyd edib.

 

Related Post

Kamil Zeynallının sükan arxasında bu görüntüləri rekord qırır – VİDEOKamil Zeynallının sükan arxasında bu görüntüləri rekord qırır – VİDEO

Tanınmış idmançı Kamil Zeynallı “İnstaqram” hesabında maraqlı görüntülər paylaşıb. AvtoReyd.Az xəbər verir ki, idmançı sükan arxasında  təhlükəsizlik kəməri taxmadan,ara sıra sükanı buraxaraq mahni oxuyur.Kimin üçün maraqlı,kimin üçün isə,təhlükəli hərəkətləri ilə diqqət çəkib.Görəsən