Avtoreyd.Az Dörd çarx Avtomobil yarışında bir iştirakçı digərini az qalıb ki, boğub öldürsün (Video)

Avtomobil yarışında bir iştirakçı digərini az qalıb ki, boğub öldürsün (Video)


AvtoReyd.Az məlumat verir ki,San-Pauloda keçirilən 500 mil üzrə Qranja Viana yarışmasında, 2008-ci ilin Formula-1 yarışının dünya üzrə vitse-çempionu, braziliyalı yarışmaçı Felipe Massanın komandası diskvalifikasiya edilib. Buna səbəb yarışmaçılar Rodriqo Dantas və Tuka Roka arasında baş verən insident olub. Belə ki, finiş xəttinə 18 dairə qalmış yarışmaçılar bir-biri ilə toqquşub, və onlardan heç biri yarışa davam edə bilməyib. Yarış avtomobillərini tərk etdikdən sonra, onların arasında dava başlayıb. Dantas Rokanı yerə yıxaraq, boğmağa başlayıb. Dalaşanları yalnız yarışmanın marşallar briqadası ayıra bilib. Yekunda hər iki komanda diskvalifikasiya olunub. Qələbəni isə Formula-1 yarışının daha bir keçmiş pilotu Rubens Barrikellonun kollektivi qazanıb.

AvtoReyd.Az

Related Post

Bu gündən 38 nömrəli marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcəkBu gündən 38 nömrəli marşrut üzrə istismarda olan avtobusların bir qismi yenilənəcək

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az – a verilən məlumata görə, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş