Avtoreyd.az bildirir ki, İndianadan olan sürücü, yolda ənənəvi marallar əvəzinə fərqli nəqliyyat vasitəsi idarə edən Santa-Klausu görəndə, gözlərinə inanmayıb.
Klassik qırmızı kostyumda olan naməlum sürücü, yalnız bir aksessuarı ilə ənənəvi Santa-Klausdan fərqlənib. O, qoruyucu eynək taxıb. Lakin, Santa bunsuz çətin ki, keçinərdi. Çünki o, təkcə qapılarsız yox, həm də ön şüşəsi olmayan cipin sükanı arxasında olub.
Görünür, bəzəkli şən sürücü son anda xatırlayıb ki, Santa-Klaus, ümumiyyətlə marallar qoşulan xizəklə səyahət edir. Bu səbəbdən də, cipin qabaq hissəsinə maral fiquru bərkidib.