Avtoreyd.Az Gündəm Bu quruma dövlət tərəfindən verilən maşınlar geri alındı

Bu quruma dövlət tərəfindən verilən maşınlar geri alındı


Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarda dəyişiklik edib.

Həmin qərardakı 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin 30-cu hissəsi ləğv edilib.

Qeyd edək ki, həmin hissədə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi üçün dövlət tərəfindən 2 xidməti avtomobilin ayrılması nəzərdə tutulurdu. (qafqazinfo)

Related Post

Yolda işıqlanmanın olmaması qəzaya səbəb oldu – Yük maşını dəmir maneəyə çırpıldı – VİDEO – FOTOYolda işıqlanmanın olmaması qəzaya səbəb oldu – Yük maşını dəmir maneəyə çırpıldı – VİDEO – FOTO

Bakı-Qazax magistral yolunda yük avtomobili maneəyə çırpılıb. AvtoReyd.Az ARB 24-ə istinadən xəbər verir ki, hadisə Goranboyun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Soğanla dolu “Qazel” yol kənarındakı dəmir maneəyə dəyib.