Avtoreyd.az bildirir ki, Chess.com portalının təsisçiləri Erik Allebest və Cerom Severson kamasutra pozasında şahmat oynayıblar. Beləliklə də onlar, bu idman növü üzrə keçiriləcək dünya çempionatının rəsmi loqosuna reaksiya veriblər.
Xatırladaq ki, moskvalı dizaynerlərin hazırladıqları loqo bir müddət əvvəl qrossmeysterlər tərəfindən tənqid olunub. Xüsusi ilə britaniyalı Naycel Şort bildirib ki, Dünya şahmat federasiyası “şahmat aləminə seks dərsi keçməyə qərar verib”. Qeyd edək ki, Dünya şahmat birinciliyi üzrə yarış 2018-ci ilin noyabrında Londonda keçiriləcək.