Avtoreyd.Az Avtoxəbər Köhnə maşınların hissələrindən yeni avtomobil düzəltdi – YOLSUZLUQ MAŞINI – VİDEO

Köhnə maşınların hissələrindən yeni avtomobil düzəltdi – YOLSUZLUQ MAŞINI – VİDEO


Göygöl sakini köhnəlib sıradan çıxmaq üzrə olan “Niva”sını modifikasiya edərək ona ikinci “həyat” verib. Köhnə “Niva”nın hissələrini “UAZ” markalı avomobilin detalları ilə kombinə edərək daha dayanıqlı yolsuzluq maşını əldə edib.

Xezerxeber.az-ın məlumatına görə, Göygöl rayonunun dağlıq ərazisində yerləşən Qarabulaq kəndində yaşayan Sakit Şəfiyev deyir ki, bu qərara gəlməsi təsadüfi deyil. Çünki o, çətin şəraitdə avtomobilin dayanqılı olması üçün başqa çıxış yolu tapmayıb.

İndi maşının ancaq ban hissəsi yığılmalıdır. Bu işdə Sakit Şəfiyevə oğlu Xeybər kömək edir. O, əvvəlki işlərdə də atasının əlindən tutub.

Sakit Şəfiyevin bu yeniliyi kənd sakinlərinin də marağına səbəb olub. Onlar da deyir ki, kəndin dağlıq hissəsi üçün yeni nəqliyyat vasitəsi ideal seçimdir.

Usta deyir ki, bu avtomobili başa çatdırandan sonra yeni maşın düzəldəcək. Yeni düzəldəcəyi avtomobil isə əsl qış texnikası kimi işləyəcək və təkərləri də tırtıllarla əvəz edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Related Post

Sürücülərin nəzərinə! Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaqSürücülərin nəzərinə! Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılacaq

  “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, anoloji