Avtoreyd.Az Dörd çarx TƏHLÜKƏSİZLİK KƏMƏRİ BAĞLAMAYANLARIN NƏZƏRİNƏ! (Video)

TƏHLÜKƏSİZLİK KƏMƏRİ BAĞLAMAYANLARIN NƏZƏRİNƏ! (Video)


Son zamanlar Bakı şəhərində baş verən yol qəzalarına nəzər saldıqda xəsarət dərəcələrinin ağırlığı ciddi narahatlıq doğurur. Araşdırmalar zamanı bunun səbəbinin təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsi olduğu müəyyən olunub.

Təhlükəsizlik kəmərlərindən istifadə etmək ilk növbədə yol mədəniyyəti, yol hərəkəti haqda qanuna hörmət əlamətidir: “Ən nəhayət, baş verə biləcək yol qəzasında sürücü və sərnişinlərin həyat və sağlamlığının 65-70 faiz, bəlkə də daha çox qorunması deməkdir. “Yol hərəkəti haqqında” qanunun tələbinə görə, sürücü və sərnişinlər hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Bunu görüntü üçün yox, düzgün formada etməlidirlər. “Fərqi yoxdur, avtomobilin ön və ya arxa oturacağında əyləşsin, əgər nəqliyyat vasitəsinin konstruksiyasında təhlükəsizlik kəməri varsa, həmin şəxs o kəmərdən istifadə etməlidir. İstər sürücü olsun, istərsə də sərnişin. Sürücünün öz məsuliyyəti var, sərnişinin də kəmər bağlamadan getdiyinə görə öz məsuliyyəti var. Bu məsələ ilə bağlı heç bir yenilik yoxdur. Sadəcə bütün analiz və təhlillər göstərir ki, qəzalarda ən çox zərər çəkənlər – xəsarət alanlar və ya ölənlər sərnişinlər olur. Əksər hallarda yol qəzasında avtomobilin arxa tərəfinin o qədər də əzilmədiyini görürsən, amma oradakı sərnişin həyatını itirir. Niyə? Çünki zərbə zamanı arxada əyləşmiş insan önə çırpılır. Ön tərəfdə əyləşmiş sərnişin kəmər taxmayıbsa daha pis nəticələnir”.Buna görə, sürücü cərimə edilmir. Bu, sadəcə yol  tövsiyəsidir.”Necə deyərlər yol göstərmək bizdən doğru seçim etmək sizdən”

“Sükan təkcə nəqliyyat vasitəsini idarə etmir. Digər hərəkət iştirakçılarının həyatı da həmin sükandan asılıdır. Sözsüz ki, hər hansı qəzadan, xoşagəlməz hadisədən kimsə sığortalanmayıb. Kimsə düşünməsin ki, mən intizamlı sürücüyəm, qaydaları pozmuram, heç vaxt qəzaya düçar ola bilmərəm. Bu, istisna haldır. Çünki başqasının təqsiri ucbatından da qəza baş verə bilər və bu zaman avtomobildəki şəxsin həyatını qoruyan elementlər olmalıdır. Təhlükəsizlik kəməri dünyada indiyədək yüz minlərlə insanın həyatını xilas edib. Ona görə də sürücü özü avtomobildəki bütün təhlükəsizlik kəmərlərindən istifadə edilməsini təmin etməlidir”

AvtoReyd.Az sizə maraqlı videonu təqdim edir:

Related Post