Avtoreyd.az bildirir ki, ABŞ-ın Texas ştatının Hyuston şəhərində avtomobili qaçıran şəxs, polisləri təxminən 20 dəqiqə ərzində onun arxasınca qaçmağa məcbur etməkdən başqa, həm də zabitlərə rəqs etməklə əməlli-başlı şou göstərib.

Oğrunu yolda tikanlı sədd çəkildikdən sonra saxlamaq mümkün olub. Amma o, maşından çıxan kimi rəqsə etməyə başlayıb. Polislərə isə yalnız bütün bu baş verənlərə, heyrətlə baxmaq qalıb.

Rəqsin sonuna yaxın, qanun keşikçilərinin ayıq-sayıqlığını kifayət qədər yatırdığını düşünən cinayətkar, qaçmağı qərara alıb. Lakin oğrunun xoreoqrafiya bacarığının sehrinə düşməyən polislərlə birlikdə olan köpək, onu tez və effektiv şəkildə yaxalayıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.