Avtoreyd.Az Dörd çarx Astarada REYD: Sərxoş sürücülərə “yeni il hədiyyəsi” – VİDEO

Astarada REYD: Sərxoş sürücülərə “yeni il hədiyyəsi” – VİDEO


Astara dövlət yol polisi spirtli içki qəbul edib sükan arxasına oturan sürücülərə qarşı reyd keçrdib. Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. 3 sürücü içkili halda nəqliyyat vasitəsini idarə etdiyi üçün cərimə olunub və avtomobili cərimə meydançasına aparılıb.

Yeni il bayramı ərəfəsində sərxoş sürücülər polisdən yayına bilmədi. Bəziləri həm polisə həm də çəkilişə etiraz edir.

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi tərəfindən axşam saatlarında rayon ərazisində təşkil olunan reydin əsas məqsədi bayram günlərində yollarda təhlükəsiz və rahat hərəkətin təmin olunması, ciddi qayda pozuntularına yol verərək təhlükə törədən sürücüləri aşkarlamaq olub.

Reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Bunlardan da üçü içkili halda nəqliyyat vasitəsini idarə etdiyi üçün cərimə olunub və avtomobili cərimə meydançasına aparılıb.

Bundan başqa reyd zamanı təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan və digər qayda pozuntuları edən sürücülər də müəyyən olunaraq barələrində tədbir görülüb.

Related Post

Bu yolda təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.Bu yolda təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinində AvtoReyd.Az-a verilən məlumata görə,Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız

Nobel prospekti Nargilə dairəsində yol hərəkətinin təşkilində dəyişiklik edilirNobel prospekti Nargilə dairəsində yol hərəkətinin təşkilində dəyişiklik edilir

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,Nobel prospekti “Nargilə dairəsi” adlanan ərazidə nəqliyyat yükünün azaldılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədilə hazırlanan layihənin icrasına başlanılıb. Hal-hazırda qeyd edilən ərazidə alternativlərin