Hindistanın “H-Bots Robotics” şirkəti dünyanın ilk robot polisini təqdim edib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, robot yeriyə, insanları tanıya, partlayıcı maddəni tapa, şübhəli şəxsləri tanıya, həmçinin ətrafdakılarla qarşılıqlı ünsiyyətə girə – məlumat qəbul edə və sualları cavablandıra bilir.

İstehsalçı şirkət artıq müxtəlif təşkilatlardan 20 sifariş alıb. Robot polis və təhlükəsizlik xidmətlərinin işinə cəlb oluna bilər. Hindistan “robokop”larının istehsalına 2018-ci ilin iyulundan başlanacaq.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.