Avtoreyd.Az Gündəm “Dərnəgül” metrosunun ətrafında yenilik – VİDEO

“Dərnəgül” metrosunun ətrafında yenilik – VİDEO


Metronun ”Dərnəgül” stansiyasında nəqliyyat mübadilə mərkəzi yaradılıb. Yeni mərkəzdən gün ərzində 100-dən çox avtobus sərnişinlərə xidmət göstərəcək. Mübadilə mərkəzinin istifadəyə verilməsi ilə Azadlıq Metrosu ətrafındakı tıxac problemi də həll olunacaq

Bakıda daha bir Nəqliyyat mübadilə mərkəzi yaradılıb. Metronun “Dərnəgül” stansiyası ətrafında nəqliyyat mübadilə mərkəzi fəaliyyət göstərəcək. Metronun giriş-çıxışlarındakı asfalt örtüyü və piyada səkiləri təmir olunub,nişanlar qoyulub.

Yeni mərkəzin fəaliyyətə başlaması ilə ətraf kənd və qəsəbələrdən metronun “Azadlıq” stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək.

Mərkəzdən 3, 88, 93, 45, 71 nömrəli avtobuslar şəhər daxili, 100, 108, 147, 179, 123, 134 nömrəli avtobuslar isə sərnişinlərə şəhərətrafı xidmət göstərəcək

Bakı Nəqliyyat Agentliyinin təklifi əsasında yaradılan mərkəz yaxın günlərdə tam olaraq fəaliyyətə başlayacaq.

Related Post

“Bakmil” stansiyasına giriş-çıxış müvəqqəti məhdudlaşdırılır“Bakmil” stansiyasına giriş-çıxış müvəqqəti məhdudlaşdırılır

“Bakı Metropoliteni” QSC-nin “Bakmil” stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirləri çərçivəsində sabahdan günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. “Report” quruma istinadən xəbər verir ki, sərnişinlər saat 8:20-dən