Avtoreyd.Az Gündəm Azərbaycan televiziyasında Dövlət Yol Polisinə köntöy sual: bu pullar hara gedir?

Azərbaycan televiziyasında Dövlət Yol Polisinə köntöy sual: bu pullar hara gedir?


Lider telekanalının efirində yayımlanan “Status” proqramında yol polisinin hərəkətləri kəskin tənqid olunub. Virtualaz.org bildirir ki, proqramın həmin buraxılışı Bakının küçələrindən tələb olunan qaydada dayanmayan avtomobilləri aparan evakuator xidmətinin işinə həsr edilib.
Bakı Şəhər Yol Polisi İdarəsi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Əsədovun iştirak etdiyi verilişdə qonaqlardan biri bildirib ki, Hesablama Palatasının məlumatlarına əsasən, evakuator xidmətinin fəaliyyəti nəticəsində 2016-cı ildə ölkənin büdcəsinə cəmi 42 080 manat vəsait keçirilib. Bu məbləğ yalnız 2100 avtomobil sahibinin ödədikləridir. Halbuki Bakıda bir il ərzində evakuatorla aparılan avtomobillərin sayı on və yüz minlərlə hesablanır.
Qonaqlar soruşublar ki, həmin avtomobil sahiblərinin ödədiyi cərimələr hara gedir? Məsələ ondadır ki, evakuator xidməti üçün tələb olunan 20 manat cəriməni nağdsız formada ödəmək mümkün deyil. Dövlət Yol Polisinə təklif edilib ki, avtomobillərin təxliyəsindən imtina olunsun və səhv dayanma üçün cərimə-bildiriş sadəcə avtomobillərin şüşəsinə qoyulsun. Bununla da cərimələrdən toplanan bütün vəsait ölkənin büdcəsinə keçərdi. Görünür, DYP mətbuat xidmətinin başçısı Vaqif Əsədov buna cavab olaraq başqa söz tapmayıb və yalnız onu deyib ki, Bakı sakinləri hələ o şüurda deyillər ki, yol polisi avtomobillərin təxliyəsindən tamamilə imtina etsin…

Related Post

Məktəblərin ətrafı dayanacağa çevrilib – Aidiyyati qurumlar hərəkətə keçdi – VİDEOMəktəblərin ətrafı dayanacağa çevrilib – Aidiyyati qurumlar hərəkətə keçdi – VİDEO

Bakıda iki məktəbin ətrafındakı səkilərdə və yolun hərəkət zolağında avtomobilləri park ediblər. Nəticədə həm yolda tıxac yaranır, həm də məktəbdən çıxan şagirdlərin şəxsi avtomobillərə minidirlib-düşürdülməsində problem yaranır. Xezerxeber.az-ın məlumatına görə,