10 min yol polisi işdən çıxarıldı

Rusiya Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin 10 min əməkdaşı ixtisar edilib.

AvtoReyd.Az xəbər verir ki, məlumatı Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.

Məlumata əsasən, ixtisar 2018-ci il yanvarın 1-dən həyata keçirilir.

Qeyd edək ki, bu haqda Rusiya prezidenti Vladimir Putin ötən il dekabrın 31-də Daxili İşlər Nazirliyinin ştatından 10 min əməkdaşın ixtisarı barədə sərəncam imzalamışdı. Sərəncam yalnız Dövlət Yol Polisi əməkdaşlarına şamil edilib.

/Publika.az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.