Daxili İşlər Nazirliyi (DİN) bu il yanvar ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətinin verdiyi  məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.