Avtoreyd.Az Dörd çarx 175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)

175 nömrəli marşrut xətti üzrə yeni dayanacaq məntəqəsində yol nişanları qoyulub (Foto)


175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Məlumata görə, bu xətt üzrə Hövsan şosesi və Hövsan qəsəbəsində marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub.

“Dayanacaq məntəqələrindən 15 ədədi yeni təşkil edilib. Sərnişinlərin rahat şəkildə “BakıKart” əldə etməsi eyni zamanda kart balanslarını artıra bilməsi üçün 6 məntəqədə “MilliÖn” terminalları quraşdırılıb”, – deyə M.Ağayev bildirib.

 

Related Post

Avtobuslar və dayanacaqlarda niyə ”siqaret çəkmək qadağandir” nişanları yoxdur? – VİDEOAvtobuslar və dayanacaqlarda niyə ”siqaret çəkmək qadağandir” nişanları yoxdur? – VİDEO

Sərnişinlər dayanacaqda, sürcülər isə avtobuslarda siqaret çəkirlər. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilməsinə baxmayaraq hələ də avtobuslarda və dayanacaqlarda ”siqaret çəkmək qadağandir” nişanları yoxdur. Xezerxeber.az-ın məlumatına görə, avtobus

Xırdalanda yol birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətində bağlı olacaqXırdalanda yol birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətində bağlı olacaq

Xırdalanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. AvtoReyd.Az  xəbər verir ki, Abşeron rayonunun mərkəzi Xırdalan şəhərinin Heydər Əliyev prospektində avtomobil yolu birtərəfli nəqliyyat vasitələrininin hərəkəti üçün 20 gün müddətində bağlı olacaq.