Avtoreyd.az bildirir ki, almaniyalı gənc blogerlər adi vannadan və əl altında olan vasitələrdən istifadə edərək, uçan aparat hazırlayıblar.
Daha sonra blogerlərdən biri, evinin yanında “park etdiyi” vannaya əyləşərək, çörəkxanaya uçub. Bütün uçuş boyu o, dəbilqədə olub və uçan təknəni pultun köməyi ilə idarə edib. Sendviç aldıqdan sonra isə həminki üsulla evə qayıdıb.