Avtoreyd.Az Avtoxəbər Yaponiyalı mühəndis üzən elektrik avtomobili hazırlayıb (Video)

Yaponiyalı mühəndis üzən elektrik avtomobili hazırlayıb (Video)


AvtoReyd.Az bildiri ki,mühəndis Hideo Surumaki 2011-ci ilin mart ayının 11-də sunaminin nəhəng dalğalarının Yaponiyanın şimal-şərq sahilinə çırpıldığı zaman, təbiət hadisəsindən qaçmağa çalışan insanlarla dolu maşınların suya necə qərq olduğunu diqqətlə müşahidə edib.

Nəqliyyat vasitələri yavaş-yavaş dənizdə batarkən, Surumaki düşünüb ki, əgər maşınlar üzə bilsəydi, daha az insan həlak olardı.

İki il sonra Toyota Motor Corp bölməsinin keçmiş əməkdaşı, daşqınlar zamanı üzə və ya hətta, aşağı sürətlə qısa səyahət edə bilən kiçik su keçirməyən elektrik avtomobilinin yığılmasına başlayıb. Onun “startap”ının bir neçə tərəfdarı və prototipi var. Bu ilin sonuna isə Tailandda, Bankok yaxınlığında yerləşən zavodda ildə 10 000 belə avtomobil istehsal etmək planlaşdırılır.

Surumaki bütün təkərləri ilə suya batmış avtomobilin idarə edilməsi üsulları üzərində Tokiodan olan alimlərlə düz üç il çalışıb. Yekunda isə hərəkət edərkən, suyu içəri çəkən turbin təkərlərindən istifadə etməyə qərar verib.

Onun hazırladığı elektrik avtomobilidir və o, müəyyən üstünlüklərə malikdir. Nəqliyyat vasitəsinin batareyaları növbəlidir, buna görə də istifadəçilərə, onların tam dolması üçün altı saat gözləmək lazım olmayacaq. Avtomobil maksimal surətlə bir yükləməylə saatda 80 kilometr sürətlə, 160 kilometrdək səyahət edə biləcək.

AvtoReyd.Az

Related Post