Böyük yük maşınının sükanı arxasında sürücü qismində 22 yaşlı qızı təsəvvür etmək çətindir. Xüsusən, əgər bu zibildaşıyandırsa və üstəgəl, dar şəhər küçələri ilə hərəkət edərək, tez-tez arxaya hərəkət etməli olursa.
Avtoreyd.az bildirir ki, qeyri-adi sürücü əsl ustad dərsləri nümayiş edib. Çoxtonluq zibildaşıyan avtomobilin sükanı arxasında 22 yaşlı qızı, İsveçin İençepinq (Yonçepinq) şəhərinin dar küçələrində görmək mümkündür. Dünyada tanınmış Husqvarma konserni də məhz bu şəhərdə yerləşir. Sən demə, Maya Stombini çoxtonluq zibildaşıyan avtomobilin sükanı arxasına reklam məqsədi ilə əyləşdiriblər. Scania şirkəti şəhərdaxili daşımalar üçün L-seriyalı unikal kabinalı ən yeni yük maşınlarının imkanını, bu yolla nümayiş etməyə qərar verib .
Maşının kabinası irəli çəkildiyindən, sürücü çox aşağıda yerləşir. Bu da şəhər şəraitində manevr etməni yüngülləşdirir. Avtomobilin döşəməsinin yerdən olan hündürlüyü cəmi 93 santimetrdir. Bundan başqa pnevmoasma sayəsində, dayanacaqlarda avtomobilin kabinası 13 santimetrədək enə bilir. Bu da enmə-çıxmanı yüngülləşdirir.
Zibildaşıyan maşının gənc sürücüsü Maya Stombi, sükan arxasında böyük zövq aldığını deyib. Ətrafı çox aydın şəkildə görmək imkanı ona, hətta dar keçidlərdə və arxa gedişli həyətlərdə manevr etməyə çox kömək edib. “Belə maşında çox işləmək istəyirsən və eyni zamanda yorulmursan. Bu zibildaşıyanı idarə etmək, minik avtomobilini sürməkdən çox az fərqlənir”, – 22 yaşlı Maya belə deyib.