Avtoreyd.Az Dörd çarx Ötən il 52 kənd və qəsəbələrarası yolda tikinti və yenidənqurma işləri görülüb (Foto)

Ötən il 52 kənd və qəsəbələrarası yolda tikinti və yenidənqurma işləri görülüb (Foto)


2017-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “40 yol layihəsi” çərçivəsində 52 kənd və qəsəbələrarası avtomobil yolu layihəsi uğurla başa çatdırılıb.

Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, 14 respublika əhəmiyyətli (373,9 km), 42 yerli əhəmiyyətli – kəndlərarası (863,2 km), Bakı şəhərinin 10 qəsəbələrarası avtomobil yolu (98 km) layihələri, Şəkidə 1 körpünün bərpası və Zaqatalada 1 piyada keçidinin tikintisi layihəsi üzrə ümumilikdə respublikanın 34 rayonunda 68 layihənin tikintisi və yenidənqurması işləri başa çatdırılıb.

Bu layihələrin həyata keçirilməsi, 2,1 mln. nəfər əhalinin yaşadığı 651 yaşayış məntəqəsini (Bakı şəhəri üzrə 28 yaşayış məntəqəsi) əhatə edərək rahat avtomobil yollarından istifadə edilməklə tədarük edilən kənd təsərrüfatı məhsullarının qısa vaxt ərzində istənilən ünvana çatdırılmasına imkan yaradıb.

Related Post

Bu gündən 39 nömrəli marşrut üzrə müasir avtobuslar xidmət göstəriləcəkBu gündən 39 nömrəli marşrut üzrə müasir avtobuslar xidmət göstəriləcək

Paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində işlər davam etdirilir. Son illər dövlət başçısının tapşırığı ilə sərnişindaşımada yaradılan düzgün və şəffaf iş sistemi nəticəsində daşıyıcılar tərəfindən də avtobus parkının yenilənməsi istiqamətində

Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)

Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə