Avtoreyd.az bildirir ki, Monrealdan (Kanada) olan 33 yaşlı Saymon Lapriza üçün güclü yağan qar küçəyə çıxmaq və yaradıcılıqla məşğul olmaq üçün əla səbəb olub.
Ancaq, şən kanadalı çoxlu güc və vaxt sərf edərək qar adamı əvəzinə, narın qarla örtülmüş avtomobil heykəli hazırlayıb. Qeyd etmək lazımdır ki, Saymonun əsəri o qədər real alınıb ki, hətta ayıq-sayıq polisləri belə aldada bilib.
Kanada qanunlarına görə, güclü qar zamanı yol qırağında avtomobil parklamaq qadağandır.Bu qanun ona görə qüvvədədir ki, qartəmizləyən texnika yağıntının öhdəsindən maneəsiz gələ bilsin. Bu zaman küçələrdə növbə çəkən polislər qanunu pozanları cəzalandırırlar.
Saymonun da “avtomobili” parklama qadağan edilən yerdə olduğundan, qanun keşikçiləri cərimə yazmaq üçün ona yaxınlaşıblar. Amma teziklə əmin olublar ki, bu, hansısa naməlum zarafat sahibinin işidir. Zabitlər hətta, müəllif üçün onların əhval-ruhiyyəsini qaldırdığına görə qeyd də qoyublar.
Təəssüf ki, qar heykəl olduqca az vaxt orada qalıb. Çünki bir müddətdən sonra qartəmizləyən maşın qar avtomobili amansızcasına məhv edib.