Avtoreyd.Az Maraqlı 9 saat ərzində çəkilən yeni dəmir yolu xətti (Video)

9 saat ərzində çəkilən yeni dəmir yolu xətti (Video)


Avtoreyd.az bildirir ki, çinli işçilər yenidən fantastik effektivlik nümayiş ediblər: yanvarın 19-dan 20-nə keçən gecə onlar Çinin cənubunda yerləşən Fuszyan əyalətinin Lunyan şəhərində Nanlun şəhərinin yeni dəmir yolu vağzalı üçün dəmir yolu qovşağı çəkiblər.

1500 nəfərin cəlb edildiyi iş 9 saata yaxın vaxt aparıb.  İşçilər üç böyük xətti-Qanlun, Qanjuylun və Djanlun dəmir yollarını Nanlunun yeni xəttiylə birləşdiriblər. Onlara bu işdə 23 ekskavator yardım edib.

Bu müddət ərzində yol nəinki  çəkilib, həm də işə tamamilə hazır olub: yeni xətt boyunca işıqforlar və hərəkətin monitorinqi üçün vasitələr də quraşdırılıb.

Layihənin belə qısa müddət ərzində ərsayə gəlməsinin səbəbi, həm də işçilərin eyni anda müxtəlif işləri yerinə yetirə bilməsi üçün yeddi briqadaya bölünməsi olub.

http://www.youtube.com/watch?v=yJzPdfGz01A

Related Post